Bağdadda silsilə partlayışlar nəticəsində səkkiz adam həlak olmuşdur
Bakı, 31 may (AZƏRTAC). Mayın 31-də Bağdadda törədilmiş silsilə terror aktları nəticəsində ilkin məlumata görə, səkkiz adam həlak olmuş, 37 adam yaralanmışdır.
İraq paytaxtının Əş-Şula məhəlləsindəki daim qələbəlik olan bazar meydanında avtomobilə qoyulmuş partlayıcı qurğu işə salınmışdır.
Müəyyən müddət keçəndən sonra şəhəri daha bir neçə partlayış sarsıtmışdır.
Polisin informasiyasına görə, Bağdadın Yarmuk, Əl-Qəzaliyyə, Əl-Əzimiyyə məhəllələrində və Əd-Dora şəhərciyində minalanmış daha dörd avtomobil səhər saatlarında partladılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.09.2026 [19:04]
Bu il Almaniyada 165 təxribat xarakterli hadisə qeydə alınıb
- 03.09.2026 [17:19]
Fransızlar ölkənin maliyyə vəziyyətindən getdikcə daha çox narahatdırlar
- 03.09.2026 [16:36]
Avropada quraşdırılmış külək enerjisi gücü 311 giqavatı ötüb
- 03.09.2026 [16:34]
Tramp Folklend məsələsində Britaniyaya dəstək verməyəcəyinə işarə edib
- 03.09.2026 [14:38]