“Bakcell” abunəçiləri “Facebook”a pulsuz çıxış imkanı əldə edib
Bakı, 2 mart, AZƏRTAC
“Bakcell” şirkəti Novruz bayramı ilə əlaqədar öz abunəçilərinə yeni kampaniya təklif edir. Martın sonunadək şəbəkəyə qoşulan hər bir yeni abunəçi “Facebook” tətbiqinə 6 aylıq pulsuz çıxış imkanı əldə edəcək. Bunun üçün onlar sadəcə əvvəlcədən ödənilmiş (“prepaid” ) Bakcell SİM kartını almalı və *515*1#YES kodunu yığaraq bu kampaniyaya qoşulmalıdır. Yeni kampaniya şəbəkədən istifadə edərkən pula qənaət etməyə imkan yaradacaq.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “CIN” və ya “Klass” tarif paketlərinin hər hansı birindən istifadə edən mövcud “Bakcell” abunəçiləri də sadəcə *515*1#YES kodunu yığaraq bu kampaniyadan faydalana biləcəklər. Bu halda nömrənin balansından 0.99 AZN məbləğində birdəfəlik haqq çıxılacaq.
Altı ay ərzində “Facebook”a pulsuz çıxış imkanı aylıq olaraq, nömrənin balansına hər ay 3 AZN vəsait yükləmək şərti ilə təqdim edilir.
“Bakcell” şirkətinin baş marketinq direktoru Maria Toyçeva bildirib ki, super yüksək sürətli mobil internet xidmətindən faydalanan abunəçilərimizin əksəriyyəti sosial şəbəkələrdən fəal şəkildə istifadə edirlər. İnanırıq ki, bayram ərəfəsində bu təklif “Bakcell” abunəçilərinə öz doğmaları və yaxınları ilə şəbəkədə məhdudiyyətsiz ünsiyyətdə olmağa imkan yaradacaq.