“Bakcell” şirkəti “Bonus dəqiqələri” kampaniyasına start verib
Bakı, 24 fevral, AZƏRTAC
“Bakcell” şirkəti “MilliÖN” ödəmə terminalları şəbəkəsinin sahibi “Komtec” şirkəti ilə birlikdə “Bonus dəqiqələri” kampaniyasına start verib.
“Bakcell” şirkətindən AZƏRTAC-a bildirilib ki, yeni kampaniyanın keçirilməsində məqsəd “Bakcell” abunəçilərinə daha yaxşı xidmət göstərmək, onların məmnuniyyətini qazanmaq və sərf etdikləri məbləğin əvəzində daha çox dəyər əldə etmələrini təmin etməkdir.
“MilliÖN” ödəmə terminalları vasitəsilə öz nömrələrinin balansına minimum 5 AZN vəsait yükləyən əvvəlcədən ödəmə sistemində olan (prepaid) “Bakcell” abunəçilərinə 5 dəqiqə bonus təqdim edilir.
Bonus dəqiqələri ödəmə terminalında ödəniş həyata keçirildikdən dərhal sonra avtomatik olaraq abunəçinin balansına yüklənir.
Bonus dəqiqələri yalnız şəbəkədaxili zənglər üçün istifadə oluna bilər. Bonus dəqiqələri abunəçinin balansına yükləndikdən sonra 3 gün ərzində etibarlıdır.