“Bakcell” və “Wayra UK” şirkətləri yerli developerlər üçün müsabiqə elan edir
Bakı, 4 mart, AZƏRTAC
“Bakcell” və “Telefonica Open Future” proqramının startaplar üçün bir hissəsi olan “Wayra UK” şirkətləri birgə Azərbaycanın bütün gənc developer və sahibkarları üçün müsabiqə elan edir.
“Bakcell”dən AZƏRTAC-a bildirilib ki, “Applab” layihəsi innovasiyaların inkişaf etdirilməsini və Azərbaycanın bütün gənc developerləri və sahibkarları üçün yeni imkanların yaradılmasını qarşısına məqsəd qoyur. “Applab” və “Wayra UK” şirkəti informasiya texnologiyaları sahəsindən olan bütün yerli startapları öz ideyalarını təqdim etmək üçün müsabiqədə iştirak etməyə dəvət edir. Seçilmiş layihələr “Applab”ın akselerasiya proqramında iştirak etməyə dəvət olunacaq və bu, onların “Wayra UK” tərəfindən maliyyələşdirilməsinə potensial imkan yaradacaq.
Layihələr martın 13-dək [email protected] ünvanına təqdim olunmalıdır.
“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.
“Applab” icmasına qoşulmaq istəyən gənc developerlər http://applab.bakcell.com/registration/ linkinə daxil olub qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər.