“Bakı-2017”nin paraatletika yarışlarında növbəti qızıl medal Azərbaycanın aktivinə yazılıb
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan paraatletləri “Bakı-2017”də daha iki medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, T11 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışlarında Nurlan İbrahimov qızıl medala sahib olub. Gümüş medala da Azərbaycan atleti sahib olub. Elçin Muradov yarışda ikinci pillədə qərarlaşıb.
İran təmsilçisi Araş Xosrovi isə bürünc medalla kifayətlənib.