BAKI AVROPA LİSEYİNİN 15 İLLİYİ QEYD OLUNMUŞDUR
...İstedadlı şagirdlər üçün nəzərdə tutulan və yeni tipli təhsil müəssisəsi olan lisey 1991-ci ildə ayrı-ayrı siniflər formasında təşkil edilmiş, 1994-cü ildən isə müstəqil təhsil ocağı statusunu almışdır. Tədrisin iki dildə - Azərbaycan və rus dillərində aparıldığı liseydə şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək, dünya görüşünü genişləndirmək üçün əlavə fənlər - “Dünya mədəniyyəti tarixi”, “Ünsiyyət psixologiyası” və s. tədris edilir, müxtəlif layihələr həyata keçirilir. Liseydə interaktiv təlim metodları, informasiya texologiyaları tətbiq olunur.
Təhsil naziri Misir Mərdanov çıxış edərək, ölkəmizdə həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən danışmış, liseyin nümunəvi təhsil müəssisələrimiz arasında özünəməxsus yeri olduğunu vurğulamışdır.
Milli Məclisin deputatı Rəfael Hüseynov və başqaları da kollektivə xoş arzularını söyləmişlər.
Məktəbin direktoru, psixologiya elmləri namizədi Zülfiyyə Veyisova qarşıda duran vəzifələrdən danışmışdır.
Fərqlənən müəllimlərə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanlar təqdim olunmuşdur.
Milli Məclis deputatlarının, tanınmış alim və təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə məktəblilərin göstərdikləri müxtəlif səhnəciklər, oxuduqları şən mahnılar, Vətən, torpaq, ana, məktəb haqqında söylədikləri şeirlər alqışlarla qarşılanmışdır.