İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 100 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4915 manata bərabər idi və hərracların yekunlarına görə dəyişməmişdir. Təklif və tələb 100 min dollar olmuşdur.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4915 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 1,169 milyon dollara bərabər qeydə alınmışdır ki, bu da manat ekvivalentində 5,746 milyard manat təşkil edir. Bir əqdə, orta hesabla, 194,833 min dollar düşmüşdür. Tələbat olmadığından dillerlər USDAZM T+1, T+2 aləti üzrə əqd bağlamamışlar. Banklar EUR/AZM, RUR/AZM üzrə BEST-ə sifarişlər verməmişlər.
Milli Bank BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,1 milyard manat həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Avqustun 18-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.