İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 16 iyul (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) iyulun 15-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta hesablanmış birja məzənnəsi 1 dollar üçün 0,7829 AZN-ə bərabər olub.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7829 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 4.676.593 AZN-ə bərabər məbləğ qeydə alınıb. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7829 AZN təşkil edib.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi dəyişməyib.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracalrın ümumi məbləği 5.962.000 dollar, yaxud 4.676.593 manat təşkil edib.
Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmayıb.
BEHS-də EUR/AZN və RUB/AZN alətləri üzrə sifarişlər verilməyib.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilib, lakin bu alətlər üzrə əqdlər bağlanmayıb.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 10,17 faiz, ABŞ dolları üzrə isə 10,50 faiz təşkil edib.
İyulun 15-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər qeydə alınmayıb.