BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 2 milyon 240 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4916 manata bərabər olmuşdur. Tələb və təklif 2 milyon 240 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4916,02 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 680 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 3 milyard 343 milyon təşkil edir. Bir əqdə, orta hesabla, 170 min dollar düşmüşdür.
BEST-də USD/AZM T+1 və T+2 aləti üzrə dilerlər tərəfindən tələb olmadığından əqdlər bağlanmamışdır.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 165,68 manat məzənnə ilə üst-üstə 6 milyon 500 min rubl məbləğində əqd bağlanmışdır.
BEST-də AVR/AZM aləti üzrə banklar sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 3 milyard 216 milyon manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. Noyabrın 26-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.