BAKI CAZ MƏRKƏZİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Tədbiri təşkilat komitəsinin üzvü, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli açaraq bildirmişdir ki, caz həvəskarları və musiqinin bu növünü qiymətləndirənlər üçün festival sensasiya xarakteri daşıyacaq. Çünki bu festivalda yaxın və uzaq xaricdə yaxşı tanınan, görkəmli cazmenlər, Xebri Xenkok və El Cerro da iştirak edəcəklər.
Festivalın prodüseri Bakı Caz Mərkəzinin direktoru Rain Sultanov diqqətə çatdırmışdır ki, hazırkı festivalın məqsədi əsası XX əsrdə görkəmli şəxsiyyətlər tərəfindən qoyulmuş Azərbaycan cazının ənənələrini qoruyub saxlamaq və davam etdirməkdir.
Konfransda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]
“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub
- 12.10.2026 [18:57]