Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Dövlət Universitetində 2013-cü ildə yerinə yetirilmiş tədqiqatların nəticələri müzakirə edilmişdir

Bakı, 9 aprel (AZƏRTAC). Aprelin 9-da Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin elmi şurasının 2013-cü ildə yerinə yetirilmiş tədqiqat işlərinin nəticələrinə həsr olunmuş iclası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, elmi şuranın üzvlərinin, alim və mütəxəssislərin iştirak etdikləri iclasda çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov dahi rəhbər, ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim xüsusi önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.

Müasir dünyada elmin, təhsilin mühüm rolunu xatırladan rektor Azərbaycan Prezidenti İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışmışdır.

Bakı Dövlət Universitetində uğurlu elmi-tədqiqatların, təhsilin inkişafı üçün səmərəli tədbirlərin reallaşdırıldığını diqqətə çatdıran akademik A.Məhərrəmov qeyd etmişdir ki, elm və təhsilin əlaqələndirilməsi, innovasiyaların tətbiqi və aparılan islahatlar nəticəsində 2013-cü ildə BDU “QS World University Rankings-2012” reytinqinə görə dünyanın 700 top universitetinin, Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2 min universitetinin, həmçinin MDB-yə üzv ölkələrin universitetləri üzrə reytinq siyahısına daxil edilmişdir. MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən, BDU 40-cı pillədə qərarlaşmışdır.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə hesabat məruzəsi ilə çıxış edərək 2013-cü ildə yerinə yetirilmiş elmi-tədqiqatlardan bəhs etmişdir.

Bildirilmişdir ki, Bakı Dövlət Universitetinin 17 fakültəsinin 125 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 4 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılmışdır.

İl ərzində BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 199 mövzu üzrə 1094 elmi iş yerinə yetirilmişdir. Universitetdə fəaliyyət göstərən 9 daimi və 15 birdəfəlik dissertasiya şuralarında 62 nəfər ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya (onlardan 38 nəfəri BDU-nun əməkdaşı, doktorantı və dissertantıdır) müdafiə etmişdir.

Professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 77 monoqrafiya, 66 kitab, 73 dərslik, 131 dərs vəsaiti, 2681 məqalə (1987 məqalə respublikada, 694 məqalə xaricdə), 1176 tezis (487 tezis respublikada, 689 tezis xaricdə), 23 metodik göstəriş, 372 proqram nəşr etdirilmişdir.

Xaricdə nəşr olunmuş 694 məqalədən 155-ı, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 22,3 faizi impakt faktorlu jurnallarda nəşr olunmuşdur.

Hesabat dövründə BDU-nun əməkdaşları tərəfindən 14 patent alınmışdır.

Universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları barədə məlumat verən professor A.Kazımzadə qeyd etmişdir ki, bu kitablar kimya, fizika, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, biologiya, tarix, filologiya, hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat, sosial elmlər və psixologiya fakültələrinin, fizika problemləri ETİ-nin əməkdaşları tərəfindən yazılmış və ABŞ, Almaniya, Rusiya, Türkiyə və İran İslam Respublikasının nəşriyyatlarında çap olunmuşdur.

Universitetin əməkdaşları tərəfindən 88 (51 beynəlxalq və 37 respublika daxili) elmi layihə həyata keçirilmişdir. Bu layihələr Avropa İttifaqının 7-ci Çərçivə (FP-7), Erasmus Mundus və TEMPUS proqramları, Ukrayna Elm və Texnologiya Mərkəzi, Fransanın Milli Elmi Araşdırmalar Mərkəzi, NATO-nun “Elm sülhün keşiyində” proqramı, İsveçrə Milli Elm Fondu, Almaniyanın “Folsfagen” şirkəti, Dünya Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və digər yerli və xarici təşkilatlar tərəfindən maliyyələşdirilir.

Diqqətə çatdırılmışdır ki, hesabat ilində Bakı Dövlət Universitetinin elmi kitabxanası uğurlu fəaliyyət göstərmişdir. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, ali məktəb kitabxanaları üzrə elmi-metodiki mərkəz kimi fəaliyyət göstərən elmi kitabxana 22 dövlət və bəzi özəl ali məktəb kitabxanalarına metodiki köməklik göstərir, 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır.

Bakı Dövlət Universitetində dörd seriyada “Bakı Universitetinin xəbərləri” jurnalı və digər 14 elmi, nəzəri, metodik və təcrübi jurnallar, o cümlədən impakt faktorlu “Applied and computational mathematics” jurnalı öz fəaliyyətlərini davam etdirmişlər.

Ötən il BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyini dörd buraxılış üzrə 142 şagird bitirmiş və onların hamısı nüfuzlu ali məktəblərə (o cümlədən 44-ü BDU-ya) daxil olmuşdur.

Universitetin professor-müəllim heyətinin rəhbərliyi ilə lisey şagirdləri tərəfindən təqdim olunmuş 10 layihə “Sabahın alimləri” respublika müsabiqəsində I, II və III yerləri tutmuşdur. Həmin müsabiqə nəticəsində may ayında ABŞ-da keçirilən yekun müsabiqəyə göndərilmək üçün seçilən 3 işdən 2-si lisey şagirdlərinin olmuşdur. Bu il keçirilən “Sabahın alimləri” müsabiqəsində liseyin 9 şagirdi 5 layihə ilə iştirak etmişdir. Müsabiqə nəticəsində 3 layihə (4 şagird) birinci yeri, 1 layihə (3 şagird) ikinci yeri, 1 layihə (2 şagird) üçüncü yeri tutmuşdur. Bu ilin may ayında ABŞ-da keçiriləcək “Sabahın alimləri” Beynəlxalq müsabiqəsində respublikamızı təmsil edəcək 3 layihədən biri BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdlərinə məxsusdur.

Ötən il Beynəlxalq Mendeleyev Olimpiadasına göndərilən 5 nəfərdən 2-si lisey şagirdləri olmuşdur. Həmçinin liseyin 2 tələbəsi Ətraf Mühitin Mühafizəsi üzrə VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) qalibi olmuş və qızıl medala layiq görülmüşdür.

Diqqətə çatdırılmışdır ki, Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, ali məktəbin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun rektoru, akademik A.Məhərrəmovun müvafiq əmri ilə universitetdaxili “50+50” qrant proqramı təsis edilmişdir. Müvafiq komissiyanın qərarı və rektorun əmri ilə 25 professor-müəllim heyətinə, 20 gənc (35 yaşa qədər) professor-müəllim heyətinə, 10 nəfər doktorant, dissertant və magistrant və 11 nəfər tələbə 2012-2013-cü illər ərzində 4-cü müsabiqənin qalibi elan edilmişdir və onlara universitetin xüsusi vəsaiti hesabına qrant verilmişdir.

Hesabat dövründə Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrinin genişləndiyini vurğulayan professor A.Kazımzadə il ərzində respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 53 elmi təşkilat və ali təhsil müəssisəsi ilə Anlaşma memorandumlarının və əməkdaşlığa dair müqavilələr imzalandığını bildirmişdir.

Elmi şuranın iclasında cari məsələlər də müzakirə olunmuşdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib

® FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edilib – “Birbank” və “Visa”nın kampaniyası yekunlaşıb

İraq hava məkanını uçuşlar üçün yenidən açıb

Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb