ELM VƏ TƏHSİL
Bakı Fond Birjası “ADA” Universitetinin təqaüd fonduna maliyyə dəstəyi göstərib
Bakı, 1 avqust (AZƏRTAC). “Bakı Fond Birjası” QSC “ADA” Universitetinin yüksək akademik göstəricilər nümayiş etdirən tələbələri üçün təsis edilmiş təqaüd fonduna öz maliyyə dəstəyini göstərib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ilin 31 iyulunda imzalanan anlaşmaya görə, bu maliyyə dəstəyi 2014-2016-cı tədris ilində “ADA” Universitetinin Biznes İnstitutunun maliyyə bölməsində akademik göstəricilərinə görə seçilən bir bakalavr tələbəsinin təhsil xərclərinin qarşılanması üçün ayrılacaq.
Təqaüdün ayrılmasında məqsəd istedadlı və yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Bakı Fond Birjası gələcəkdə də “ADA” Universiteti ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]