BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 9-da Bakı Fond Birjasında (BFB) dövlət qeydiyyatından keçmiş, ümumi məbləği 60 milyon manat, hərraca çıxarılan məbləği 50 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti isə 28 gün olan qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Notlar mayın 7-də ödəniləcəkdir.
Hərrac zamanı, DQİ buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilir.