Bakı Musiqi Akademiyası da aztəminatlı işçiləri üçün yardım proqramı həyata keçirib
Bakı, 28 aprel, AZƏRTAC
Pandemiyanın tüğyan etdiyi bütün dövlətlərdə olduğu kimi ölkəmizdə də aztəminatlı ailələr, yaşlı insanlar dövlətin xüsusi nəzarətində olaraq, təşkil olunan müxtəlif yardım kampaniyaları ilə ehtiyacı olan insanlara öz dəstəyini göstərməkdədir.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Azərbaycan vətəndaşlarına dəstək olmaq məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər planı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası da akademiyanın aztəminatlı işçiləri üçün yardım proqramı həyata keçirib.
Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, akademiyanın bir qrup işçi heyəti dəstəyə ehtiyacı olan 76 həmkarına xeyriyyə məqsədilə yardım edib. Bu dəstək kampaniyasının davamı nəzərdə tutulur.