BAKI ŞƏHƏR BAŞ SƏHİYYƏ İDARƏSİ MƏKTƏBLƏRDƏ MÜAYİNƏLƏR KEÇİRMİŞDİR
Bakı Şəhər Baş Səhiyyə İdarəsi Yasamal, Nəsimi, Nizami və Sabunçu rayonlarının məktəblərində kariyes və onun fəsadlarının erkən aradan qaldırılması məqsədi ilə tədbir keçirmişdir.
Səhiyyə nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 850-dən artıq uşağın ağız boşluqları müayinə edilmiş, 510 uşaqda kariyes, 85-də isə dişlərin anomaliyaları aşkar olunmuşdur. Qüsurlar aşkarlanan uşaqlar uşaq stomatoloji poliklinikalarına göndəriləcəklər.
Bu aksiyanın növbəti tədris ilində də davam etdirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]