Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyədən Rusiyaya ilk ixrac qatarı yola salınıb
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsində üçtərəfli əməkdaşlıq formatında daha bir layihəyə başlanılıb. Bu dəfə Türkiyədən Rusiyaya ixrac yüklərindən ibarət konteyner qatarı yola salınıb.
“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, 15 konteynerdən ibarət qatar Türkiyənin Ankara şəhərindən Rusiyanın Vorsino stansiyasına istiqamət götürüb. Qatarın ümumilikdə 4650 kilometrlik polad magistralı 8 günə qət edəcəyi gözlənilir. 40 futluq konteynerlərdən ibarət olan qatarın yükü, əsasən, Türkiyə istehsalı olan məişət əşyalarıdır. Yükün ümumi çəkisi isə 150 tondur.
Qatar Bakı-Tbilisi-Qars dəmir yolu və “Şimal-Cənub” Nəqliyyat Dəhlizi vasitəsilə Türkiyə, Gürcüstan, Azərbaycan ərazisindən keçərək Rusiya ərazisinə daxil olacaq.
Daşımanın operatorları “Pasifik Eurasia Logistics” (Türkiyə), “GR Logistics” (Gürcüstan), “ADY Konteyner” (Azərbaycan) və Rusiyanın “Russian Railways Logistics” şirkətləridir.
Qeyd edək ki, ötən ilin sonunda Türkiyədən Çinin Sian şəhərinə 2 ixrac qatarı çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]
ADY Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin alternativ marşrutunu təqdim edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]