Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib YENİLƏNİB - 2 VİDEO

Bakı, 23 dekabr, AZƏRTAC

Dekabrın 23-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimlərinin Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Forumda dövlət qurumlarının rəsmi şəxsləri, ilahiyyatçı alim və mütəxəssislər, eləcə də respublikamızın müxtəlif regionlarından gələn fərqli konfessiyalara mənsub 100-dən çox din xadimi iştirak edib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.

Daha sonra Azərbaycan Respublikası ərazisindəki dini ibadət yerləri, ziyarətgahlar, qəbiristanlıqlar, ixtisaslaşdırılmış satış məntəqələri, ölkədə fəaliyyət göstərən din xadimləri haqqında informasiya bazasının sistemləşdirilmiş formada toplandığı vahid elektron xidmətlər portalı olan AMIN (Azerbaijan Multicultural Information Network) layihəsinin videotəqdimatı keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, Azərbaycan müxtəlif etnik və dini icmaların birgə yaşadığı, ortaq dəyərləri bölüşdüyü, sivilizasiyalar arasında mənəvi körpü rolu oynayan unikal məkandır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli tarixi ənənələrə və ümumbəşəri dəyərlərə istinad edir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin mərkəzində dini, etnik mənsubiyyət deyil, insan amili dayanır.

O bildirib ki, dövlətimizi güclü edən əsas amillərdən biri, heç şübhəsiz, multikultural ənənələrimizlə yanaşı, milli-mənəvi dəyərlərimizi qorumağımızdır. Müstəqil Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində qurulub. Cəmiyyətimizin əsasını təşkil edən bu sütunun sarsılmazlığını daimi etmək bizim əlimizdədir, düzgün seçimlərimizdən, fəaliyyətimizdən, davranışlarımızdan asılıdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, dünyanın gərgin siyasi mənzərəsi fonunda Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bu, Azərbaycan Prezidentinin müdrik daxili və uzaqgörən xarici siyasətinin bəhrələridir. Dini-mənəvi sahədə uğurlarımız dövlətimizin dünyaya örnək multikultural siyasi xətti, dinlərarası əməkdaşlıq, məzhəblərarası anlaşma mühiti ilə bağlıdır. Şeyxülislam bildirib ki, dövlətimizin başçısının qlobal ideya və insan həmrəyliyinə xidmət edən müdrik təşəbbüslərinin təbliği yönündə din xadimlərinin fəallığı, cəmiyyətin həyatında yaxından iştirakı önəmli məsələlərdəndir.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun sözlərinə görə, Azərbaycan bütün dünyaya həm dini tolerantlıq, həm də multikulturalizmin mərkəzi kimi təqdim edilir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda bütün sahələrdə, xüsusilə suverenliyin və ərazi bütövlüyünün tam təmin olunması ilə tarixi nailiyyətlər əldə edilmiş, həmçinin din və əqidə məsələlərində mühüm dəyişikliklər baş verib. Əli Əhmədov bu reallıqlar fonunda dini baxışların və insanların dinə münasibəti sayəsində Azərbaycanın transformasiya dövrünü yaşadığını diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin sözlərinə görə, dünya ölkələrində gedən proseslər aydın şəkildə göstərir ki, sabitliyin və mənəvi kamilliyinin təmin olunmasının əsas amilləri içərisində din xüsusi əhəmiyyətə malikdir. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri Azərbaycan cəmiyyətinin bütövlüyünə, ölkəmizdə dini tərbiyənin əsaslarına, mənəvi kamilləşmənin mühüm prinsiplərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan yeni cəmiyyətin və Azərbaycanın bütövlüyünün təmin olunmasının əsas amillərindən biri kimi məhz ölkədə aparılan düzgün dövlət-din siyasəti həlledici rol oynayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, dünyanın coğrafi, geosiyasi, iqtisadi, xüsusilə də insan resursları ilə zəngin olan əhəmiyyətli bir coğrafiyasında yerləşən Azərbaycanın milli-mənəvi və dini-mədəni irsi qədim tariximizə və ənənələrimizə söykənir. Ölkəmizdə müxtəlif dinlər və konfessiyalara məxsus xalqlar və etnik qruplar daim sülh şəraitində yaşayıb və bu əsasda formalaşmış birgəyaşayış modelinin özünəməxsus unikallığı qorunub saxlanılıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov dini maarifləndirmənin vacib məsələlərdən olduğunu qeyd edərək deyib: “Həyatı dərk etmək üçün üç yol var. Birincisi elm, ikincisi incəsənət, üçüncü isə dindir”. O, təhsil proqramlarında daha çox humanizmə diqqət yetirildiyini qeyd edib. “Məktəblərdə keçirilən həyat bilgisi, tarix və digər fənlərdə bu mövzular ətraflı öyrənilir. Həmçinin multikulturalizm fənni də tədris olunur. Bu, Azərbaycanda dinlərə olan münasibətin təzahürüdür”, - deyə nazir müavini diqqətə çatdırıb.

Forum işini panel iclaslarla davam etdirib.

“Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsındə din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar”, “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” mövzularında təşkil edilən panel iclaslarda çıxış edənlər öz mülahizələrini bölüşüblər.

Tədbirin sonunda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Sənəddə Forumun iştirakçılarına ünvanladığı dərin məzmunlu müraciətə görə Prezident İlham Əliyevə sonsuz təşəkkür bildirilib, Azərbaycanın tərəqqisi naminə həyata keçirdiyi möhtəşəm işlərdə yeni uğurlar arzulanıb. “Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi dövlət-din münasibətləri modeli Sizin qətiyyətli siyasi iradəniz sayəsində daha da möhkəmlənmiş, ölkəmizdə bütün dünyaya nümunə olacaq multikultural və tolerant mühit bərqərar olmuşdur. Bunun nəticəsidir ki, Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri dövlətin diqqət, qayğı və himayəsi ilə Konstitusiya və qanunlarda təsbit olunmuş dini etiqad azadlığı hüququndan sərbəst istifadə etmək imkanına malikdir”, - deyə müraciətdə diqqətə çatdırılır.

Eyni zamanda, qeyd olunub ki, ötən dövrdə dövlət-din münasibətlərinin uğurlu inkişafı, etiqad azadlığına təminat yaradan hüquqi mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı bir sıra uğurlu addımlar atılıb, dövlət tərəfindən dini ibadət yerlərinin bərpası, din xadimlərinin sosial durumunun yaxşılaşdırılması, dini maarifləndirilmə işinin gücləndirilməsi, dini təhsilin inkişaf etdirilməsi, vətənpərvər, yüksək intellektli din xadimlərinin yetişdirilməsi və digər istiqamətlərdə kompleks tədbirlər həyata keçirilib. “Bu həqiqətləri biz - Azərbaycanın din xadimləri daima xüsusi ehtiram, minnətdarlıqla vurğulayır və yüksək dəyərləndiririk. Zati-aliniz əmin ola bilər ki, dövlət tərəfindən göstərilən bu qayğı və ehtiramın qarşılığında din xadimi, ən əsası Azərbaycanımızın sədaqətli vətəndaşları kimi doğma Vətənimizin tərəqqisi naminə Sizin ətrafınızda bundan sonra da sıx birləşəcəyik. Dörd il öncə Müzəffər Ali Baş Komandan kimi Sizin müdrik rəhbərliyiniz, xalqımızın sarsılmaz birliyi, şəhid və qazilərimizin qəhrəmanlığı sahəsində əldə olunmuş zəfər nəinki Azərbaycanın, bütün regionun tarixində yeni bir səhifə açmışdır. İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri, yüksək zövqlə bərpa olunan dini-mədəni abidələr, yeni inşa edilən ibadət yerləri xalqımızın milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, ənənələrinə nə qədər möhkəm tellərlə bağlı olduğunun parlaq nişanələridir”, - deyə forum iştirakçıları vurğulayıblar.

Həmçinin bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Qarabağfs və Şərqi Zəngəzurda, eyni zamanda, ölkə hüdudlarından kənarda dini və tarixi abidələrin bərpası məqsədilə həyata keçirdiyi layihələr dövlətimizin dini mənsubiyyətindən asılı olmayaraq, bəşəriyyətin ümumi mədəni irsi olan bütün müqəddəs məkanlara eyni qayğı ilə yanaşdığını göstərir. Dünyanın, o cümlədən yaşadığımız coğrafiyanın bir çox ölkəsində ksenofobiya, islamofobiya, antisemitizm, irqi ayrı-seçkilik, dini və etnik məzmunlu ziddiyyətlərin dərinləşdiyi, münaqişə və müharibələrin qlobal təhlükəsizliyə ciddi təhdidlər yaratdığı müasir dövrdə mədəniyyətlər və dinlər arasında dialoqa indi həmişə olduğundan daha çox ehtiyac duyulur: “Biz, müxtəlif konfessiyaları təmsil edən din xadimləri qürur hissi ilə vurğulayırıq ki, Azərbaycan dövləti mədəniyyətlərin fərqliliyini ayırıcı xətt deyil, əksinə, beynəlxalq münasibətlərin və xalqlar arasında əlaqələrin ahəngdar harmoniyasını yaratmağa imkan verən unikal bir sərvət kimi qiymətləndirir. Bakıda ənənəvi olaraq keçirilən beynəlxalq tədbirlər mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı, hörməti təşviq edən unikal platforma kimi dünya miqyasında qəbul edilir.

Forum iştirakçıları doğum günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dövlətimizin başçısını səmimi-qəlbdən təbrik edib, ona doğma Azərbaycanımızla bağlı bütün arzularının reallaşması üçün dualar etdiklərini bildiriblər.

Forum dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda, dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədi daşıyıb.

Tədbir çərçivəsində, həmçinin “Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya” mövzusuna həsr olunan fotosərgi nümayiş etdirilib.

Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib YENİLƏNİB - 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir