Bakıda Bülbülün 120 illiyinə həsr edilən musiqi festivalı keçirilir
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Azərbaycan Milli Konservatoriyasında peşəkar vokal məktəbinin banisi, görkəmli müğənni, Xalq Artisti Bülbülün anadan olmasının 120 illiyinə həsr edilmiş “Bülbül 120” musiqi festivalına start verilib.
Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, təhsil ocağının rektoru, Xalq Artisti Siyavuş Kərimi festival iştirakçılarını təbrik edib və onlara iki gün davam edəcək müsabiqədə uğurlar arzulayıb.
Festivalın ikinci günündə 100-dək iştirakçının ifası dinləniləcək.