BAKIDA FİN-UQOR XALQ TƏTBİQİ SƏNƏTİ SƏRGİSİ AÇILMIŞDIR
“Qala” sərgi qalereyasında Estoniya Rəssamlıq Akademiyasının sərgisi açılmışdır. Sərgidə 15 eston rəssamının 50-dən çox əsəri nümayiş etdirilir. Onların hamısı Skandinaviya yarımadasından başlayaraq, Sibirin şimal və qərb hissəsinə qədər uzanan bir ərazidə yaşayan fin-uqor xalqlarının həyatına həsr olunmuşdur.
Estoniya Rəssamlıq Akademiyası artıq 25 ildir ki, bu xalqların yaşadığı yerlərə tədqiqat ekspedisiyaları təşkil edir. Bu ənənənin əsasını tanınmış eston rəssamı və xalq tətbiqi sənətinin tədqiqatçısı professor Kaluo Pıllu qoymuşdur. Alimlər və tədqiqatçılar hər ekspedisiyadan sonra 300-ə yaxın şəkil və tətbiqi sənət nümunələri toplayırlar.
Estoniyanın türk və Qafqaz xalqları cəmiyyətinin prezidenti professor Yaqub Yaqubovun təşkil etdiyi sərgi bir həftə davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:21]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [15:48]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [11:26]
Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]