Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda IV Azərbaycan-alman-türk tibb konqresi keçirilir VİDEO

Bakı, 26 aprel, Əziz Məmmədov, AZƏRTAC

Aprelin 26-da Bakıdakı “Monolit Plaza” hotelində cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə IV Azərbaycan-alman-türk konqresi öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konqresin işində Azərbaycan, Almaniya, İsveçrə, Avstriya, Türkiyə, Rusiya, Özbəkistan və Ukraynanın müxtəlif universitet klinikalarında çalışan 30 nəfərə yaxın professor ekspert və referent qismində iştirak edir.

Tədbirdə çıxış edən Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, Azərbaycan-alman-türk tibb konqresinin Azərbaycan tərəfindən prezidenti, professor Qurbanxan Müslümov bildirib ki, Bakıda artıq dördüncü dəfə təşkil edilən bu forum ümumi və laparoskopik cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, urologiya, reanimasiya, intensiv terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa mərkəzləri tərəfindən Davamlı Tibb Təhsili verən beynəlxalq tədbir kimi tanınmış və bu il region ölkələrində ilk dəfə 30 CME kredit balı ilə qiymətləndirilib. Həmçinin bu il Konqres və təlimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də akkreditasiya olunaraq 34 Davamlı Tibb Təhsili balı ilə qiymətləndirilib. “Ötən illərdə olduğu kimi, bu il də maraqlı diskussiyalar və çıxışlarla yanaşı, azərbaycanlı, alman və türk mütəxəssisləri tərəfindən laparoskopik və açıq cərrahiyyə, endoskopiya və radiologiya üzrə treninqlər keçiriləcək. Söz yox ki, bu da mütəxəssis hazırlığı baxımından xüsusi əhəmiyyət kəsb edir. Konqresə 600-dən çox həkim iştirakçı qismində, 200-dən çox həkim və rezident treninqlərdə iştirak etmək üçün qeydiyyatdan keçib. Konqres zamanı dünya səviyyəli alimlər tərəfindən Azərbaycan və xarici ölkələrdən gəlmiş konqres iştirakçılarına tibbin ən aktual problemlərinə həsr olunmuş məruzələr oxunacaq, ağır kliniki halların müzakirəsi təşkil ediləcək, aktual problemlər ətrafında diskussiyalar aparılacaq və azərbaycanlı mütəxəssislərin Avropadan və Türkiyədən gəlmiş yüksəkixtisaslı mütəxəssislərlə canlı bilik və təcrübə mübadiləsi baş tutacaqdır”, - deyə Q.Müslümov bildirib.

Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin Baş onkoloqu Azad Kərimli çıxışında bildirib ki, son illər Azərbaycan iqtisadi tərəqqiyə nail olub, ölkənin iqtisadi potensialı artıb ki, bu da öz növbəsində, ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması sahəsindəki problemlərin sabit həllinə şərait yaradıb. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişaf etdirilməsi və əhalinin dünya standartlarına cavab verən tibbi yardımla təmin olunması üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Vurğulanıb ki, Azərbaycanda səhiyyənin inkişafında Türkiyə və Almaniyanın tibb mərkəzləri ilə əməkdaşlığın böyük rolu var.

Baş onkoloq konqresin ilk gününü böyük azərbaycanlı alim-cərrah, akademik Böyükkişi Ağayevin əziz xatirəsinə və anadan olmasının 90 illiyinə həsr olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, respublikada cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcılarından olan alimin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açıb. Azərbaycanda tibb elminin yeni biliklərlə zənginləşdirilməsi və tədrisində akademik Böyükkişi Ağayevin xüsusi rolu və əməyi vardır. Bildirilib ki, alim tibb sahəsində elmi məktəb yaradıb, bütün mənalı ömrünü tibb elminin inkişafına həsr edib.

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsgrab, İsveçrənin ölkəmizdəki səfirinin müavini Simon Haeberli, kongresin Almaniya və Turkiyə tərəfindən prezidentləri Mikael Gebel və Fatih Can, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva və digərləri çıxış edərək konqresin işinə uğurlar arzulayıblar, mütəxəssis hazırlığı və təcrübə mübadiləsi baxımından bu beynəlxalq tədbirin faydalı olacağını bildiriblər. Diqqətə çatdırılıb ki, həmçinin konqres ölkələrimiz və xalqlarımız arasında mədəni və sosial əlaqələrin dərinləşdirilməsinə də töhfə verəcək. Vurğulanıb ki, konqres təkcə Azərbaycan üçün deyil, ümumilikdə Avropada tibbin inkişafı, tibbi biliklərin mübadiləsi və yeni istiqamətlərin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Konqreslə, eyni zamanda, beynəlxalq statuslu III Bakı Beynəlxalq Tibbi Təlim Günləri də keçirilir. Bu tədbir çərçivəsində tələbə, rezident və həkimlər üçün 12 ixtisas üzrə (laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, urologiya, ginekologiya, histeroskopiya, kardiopulmonar reanimasiya, EKQ kursu, tibb bacıları üçün tibbi vərdişlər kursu və s.) Avropada tanınmış Davos Tibb Kursları və digər proqramlar əsasında beynəlxalq səviyyəli təlimlər təşkil ediləcək. Təlimlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir tibbi modellər üzərində aparılacaq.

Konqres və təlimlərdə iştirak edənlərə beynəlxalq səviyyəli sertifikatlar veriləcək.

IV Azərbaycan-alman-türk tibb konqresi işini aprelin 29-da başa çatdıracaq.

Bakıda IV Azərbaycan-alman-türk tibb konqresi keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlqar Qurbanov: Gürcüstan millisi Türkiyə ilə matçda sürpriz edə bilər

Türkiyə çimərliklərində “mavi bayraq” olan dünyanın üç ölkəsindən biridir

Avro-2024: Mbappenin burnu sınıb, qalan matçlarda maska ilə oynayacaq

Azərbaycan insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib ŞƏRH

RF XİN: Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibədə alət kimi istifadə edir

Avropa Liqası: Bu gün "Zirə"nin rəqibi bəlli olacaq

“DİM 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclasda elm və təhsil nazirinin videomüraciəti yayımlanıb

Kelli Uillis: Azərbaycanda “yaşıl iş” yerlərinin yaradılması səhiyyə sektoruna töhfədir

Ucqar kənddə çalışan fədakar gənc müəllim FOTO

DİN: Ötən gün ölkə ərazisində 38 kiloqram narkotik aşkarlanıb

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti keçirilir

COP29-un baş danışıqçısı: İqlim dəyişikliyinin sağlamlığa mənfi təsirləri artıq bütün dünyada özünü göstərir

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Bu il Ombudsmanın “916” nömrəli Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Avro-2024: Türkiyə turnirdə mübarizəyə başlayır

NBA: "Boston Seltiks" çempion olub

Qusarda qəbirləri dağıdan şəxs həbs olunub

Ombudsman: İnsan Hüquqları Aylığı dövründə qarşıya qoyulan məqsədlərə, hədəflərə nail ola bildik - MÜSAHİBƏ

Hacıqabulda altı fermadan oğurluq edən dəstə saxlanılıb

Ekvadorda torpaq sürüşməsi baş verib, 7 nəfər ölüb

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Şimali Koreya əsgərləri demarkasiya xəttini keçməyə cəhd edib

Perunun şimalında 5,5 bal gücündə zəlzələ olub

Salvadorda daşqın nəticəsində 11 nəfər ölüb

ABŞ Prezidenti NATO Baş katibi ilə Ukraynadakı vəziyyəti müzakirə edib

“Euronews”: Azərbaycandakı konfransda minaların təmizlənməsi ilə bağlı vahid qlobal çağırış edilib

BMM-də Milli Qurtuluş Günü qeyd olunub

Bakıda mənzildən meyit tapılıb

Ermənistan Fransanın KNDS şirkəti ilə hərbi-texniki sahədə əməkdaşlıq edəcək

Avro-2024: Fransa millisi Avstriyanı avtoqolla məğlub edib

Stoltenberq: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yekdil qərar verilməlidir

Nazir: Moldova səhiyyəsində ciddi kadr böhranı yaşanır

Türkiyə müdafiə sənayesinin yenilikləri Avropanın ən böyük silah sərgisində təqdim olunub

Avro-2024: Slovakiya Belçikanı məğlub edib

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırıb

Türkiyə Prezidenti: Biz gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək niyyətindəyik

Nikol Paşinyan: Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair referendum keçirilə bilər

Azərbaycanın Ukraynadakı səfiri Xmelnitski şəhərinin tələbələri üçün mühazirə oxuyub

Ermənistan parlamentinin növbədənkənar sessiyası baş tutmayıb

Son beş ayda əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi verilib

Muxtar respublikanın iki rayonunda yanğınlar olub

Qazaxıstan XİN: Qazaxıstan Ukrayna üzrə sammitdə qrafikə görə iştirak etməyib

Tbilisidə keçirilən festivalda Azərbaycan guşəsi açılıb

Avro-2024: Rumıniya turnirə qələbə ilə başlayıb

Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur

Abşeron rayonunda tibb işçilərinin bir qrupu mükafatlandırlıb

Gürcü deputat: Gürcüstanda Qurban və Ramazan bayramlarına rəsmi status verilməlidir

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələlərini müzakirə ediblər

Çexiyada poliqonda baş verən partlayış nəticəsində doqquz hərbçi yaralanıb

Azərbaycan könüllüləri “Go Camp” piknik layihəsi çərçivəsində Quba rayonunda olublar

Fransada partiya sədrinə qarşı dövlət vəsaitinin mənimsənilməsi iddiası üzrə cinayət işi açılıb

® “İlahi ibadət”in xoş məramı

Macarıstan Milli Assambleyasının üzvləri Milli Məclisdə olublar

“Paris-2024”: Azərbaycan basketbol millisinin oyunlarının təqvimi açıqlanıb

Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Məclisinin parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-26 dərəcə olacaq VİDEO

Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir

Ağdamda 10 tüfəng polisə təhvil verilib

Ursula Fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının prezidenti kimi qala bilər

Salyanda şəhid qardaşı yeni avtomobil modelinin dizaynını hazırlayıb VİDEO

Almaniyada “Alman-Azərbaycan Mədəniyyət Sinerqiyası” adlı orqan konserti keçirilib

İlin sonunadək Türkiyənin hava limanlarında sərnişin axını 236 milyon nəfəri ötəcək

Fövqəladə Hallar Nazirliyi və TƏBİB birgə məlumat yayıb VİDEO

Attila Tilki: Türk dövlətləri arasındakı dostluq əlaqələrinin getdikcə dərinləşməsi həssas dönəmdə çox mühümdür

NİİM: Metronun “Koroğlu” və “20 Yanvar” stansiyaları istiqamətlərində nəqliyyat sıxlığı yaranıb

Sabirabadda yük və minik avtomobilləri toqquşub, yaralılar var

17 iyun Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

Nəsimi rayonunda Qurban bayramı ərəfəsində şəhid ailələri ilə görüş keçirilib

Macar parlamentarilər Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

“Avro 2024”: Türkiyə millisinin oyununa hakim təyinatları açıqlanıb

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib VİDEO

Naxçıvanın “Kalba Rüstəm” kəhrizində təmir-bərpa işləri aparılıb

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin, Vətən müharibəsində şəhid olan həkimlərin məzarlarını ziyarət edib

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

Faktiki hava: bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb

Gürcüstanın Baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Lerikdə 4 ton xaş-xaş kolu məhv edilib

“Avro 2024”: Belçika və Fransa yığmaları ilk görüşlərinə çıxacaqlar

Hindistanda sərnişin və yük qatarları toqquşub, azı 5 nəfər həlak olub

Malavinin vitse-prezidentinin dəfn mərasimi zamanı baş verən yol qəzasında azı 4 nəfər ölüb

Oğuzda meşə zolağında çətənə kolları becərən şəxslər saxlanılıb VİDEO

Ötən il Səhiyyə Nazirliyi tərəfindən tibbi və psixoloji yardımla təmin edilən müharibə iştirakçılarının sayı açıqlanıb

Ötən il təmir-tikintisi başa çatdırılan tibb müəssisələrinin sayı açıqlanıb

Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Peruda zəlzələ olub, bəzi bölgələrdə torpaq sürüşməsi qeydə alınıb

Türkiyədə avtomobil heyvan bazarına girib, səkkiz nəfər yaralanıb

NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir

Niger uran və neft yataqlarını qorumaq üçün ordusunu 100 minə çatdıracaq

Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

Firəngiz Əlizadə “Üzbəüz” layihəsinin qonağı olub

Avro-2024: İngiltərə Serbiyanı minimal hesabla məğlub edib

MDU-da “Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib

"Nero" rəqs studiyasının hesabat konserti keçirilib

Yaşar Gülər: Türkiyə beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarıdır

Avro-2024: Danimarka qələbə hesabını qoruya bilməyib

İsveçdə həmvətənlərimizə səyyar konsulluq xidməti göstərilib

Azərbaycan Paris Olimpiadasına növbəti lisenziyanı qazanıb VİDEO