Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları Şurasının 54-cü iclası keçirilib

Bakı, 3 dekabr, AZƏRTAC

“Bakutel 2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində dekabrın 3-də Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçıları Şurasının 54-cü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda RRB Rabitə Administrasiyalarının nümayəndə heyətlərinin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) builki Səlahiyyətli Konfransında fəaliyyəti ilə bağlı yekunlar, eləcə də RRB İcraiyyə Komitəsinin Rabitə Administrasiyaları Başçıları Şurasının qərarlarının həyata keçirilməsi üzrə fəaliyyəti kimi əsas məsələlər müzakirə olunub.

Tədbirdə RRB-nin tamhüquqlu üzvlərinin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və RRB müşahidəçiləri - Latviya və Sloveniya rabitə administrasiyalarının, “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatının, eləcə də, ”EUTELSAT” Beynəlxalq Peyk Təşkilatının və Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə nümayəndə heyətləri iştirak edib.

İclasa RRB Şurası və Koordinasiya Şurasının sədri, Rusiya Federasiyasının Rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskov sədrlik edib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ötən iclasda Azərbaycan tərəfinin Bakıda növbədənkənar iclasın keçirilməsi təklifini dəstəklədiklərinə görə RRB-nin üzv dövlətlərinə təşəkkürünü bildirib.

“Bugünkü iclasda əsas müzakirə edəcəyimiz məsələlərdən biri 29 oktyabr - 16 noyabr tarixlərində Dubayda keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransının yekunlarıdır. Bu hadisə təmsil olunduğumuz sektor üçün çox vacibdir və məhz bu səbəbdən biz bu cür təcili iclasın keçirilməsini zəruri saydıq”, - deyə nazir müavini bildirib.

E.Vəlizadə RRB-yə daxil olan administrasiyaların Səlahiyyətli Konfransda səmərəli birgə fəaliyyətini, eyni zamanda RRB-nin İcraiyyə Komitəsinin onların fəaliyyətinin əlaqələndirilməsi üzrə işini yüksək qiymətləndirib.

“Fürsətdən istifadə edərək, Rusiya Federasiyasını seçkilərdə qazandığı gözəl nəticələr münasibəti ilə təbrik edirəm. Eyni zamanda, Azərbaycan Respublikasının BTİ-nin Şurasına yenidən seçilməsini dəstəkləyən bütün tərəflərə minnətdarlığımı bildirirəm. Nəticədə Azərbaycan da, Rusiya kimi, Regional Rabitə Birliyinin tarixində ardıcıl olaraq ikinci dəfə BTİ Şurasına üzv seçilən ölkə oldu. Bizim rabitə administrasiyamızın nümayəndəsinin BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçilməsi də yüksək nailiyyətdir”, - deyə nazir müavini vurğulayıb.

E.Vəlizadə seçkilər zamanı Azərbaycanın ədalətli və layiqli təşviqat kampaniyası apardığını qeyd edib. “Biz birlikdə Şurada təmsilçiliyimizi gücləndirməyə çalışırdıq. Qazanılan nəticə bizim RRB-də birgə fəaliyyətimizin bəhrəsidir. Bugünkü iclasda bizim RRB çərçivəsində birgə fəaliyyətimizə aid olan digər məsələlər də müzakirə olunacaq. Əminəm ki, iclasda qəbul ediləcək qərarlar rabitə administrasiyalarımız arasında faydalı əməkdaşlığı daha da genişləndirəcək”, - deyən nazir müavini iclas iştirakçılarına uğurlu və səmərəli iş arzulayib.

İclas iştirakçıları RRB nümayəndə heyətlərinin BTİ Səlahiyyətli Konfransında işini yüksək qiymətləndirib. Bildirilib ki, BTİ katibliyi 29 təklif əsasında builki Səlahiyyətli Konfransda baxılmaq üçün 35 sənəd tərtib edib.

Məlumat verilib ki, RRB tərəfindən Səlahiyyətli Konfransın ilk plenar iclasında BTİ-nin 2020-2023-cü illər üçün strateji və maliyyə planlarının hazırlanması üzrə ümumi təklifindən biri təsdiq edilib.

İclasda müzakirə edilən digər vacib məsələ RRB iştirakçı ölkələrində rəqəmli inkişaf ilə əlaqədar olub. Bu məsələ ilə bağlı fikir mübadiləsi prosesində iştirakçılar rəqəmli inkişafla bağlı prioritet vəzifələri və həll yollarını müzakirə edib. Bundan başqa, informasiya cəmiyyətinin inkişafı üzrə Azərbaycan rabitə administrasiyası tərəfindən hazırlanan RRB iştirakçı ölkələrində rəqəmli bazarın inkişafı üzrə göstəricilərin hesablanması metodikası nəzərdən keçirilib.

İclas iştirakçılarının müzakirə etdiyi növbəti mühüm məsələ RRB iştirakçı ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi olub.

Həmçinin 1997-ci il 17 yanvar tarixli “Mobil rabitə sistemlərinin inkişafı və istifadəsində əməkdaşlıq haqqında” Sazişə düzəlişlərin edilməsi ilə bağlı məsələyə də baxılıb.

Məlumat üçün bildirək ki, MDB hökumət başçılarının cari il noyabrın 2-də Astanada keçirilən iclasında “Mobil rabitə sistemlərinin inkişafı və istifadəsində əməkdaşlıq haqqında” Sazişə düzəlişlər haqqında Protokol imzalanıb.

İclasda həmçinin RRB iştirakçı ölkələrində informasiya cəmiyyətinin inkişafına xidmət məqsədilə mövcud olan Yüksək səviyyəli işçi qrupunun əsasnaməsinə düzəlişlər edilib. İşçi qrupun sədrinin daimi əsaslarla fəaliyyəti Əsasnamədə təsbit olunub. Şuranın qərarına əsasən Azərbaycan nümayəndəsi Elmir Vəlizadə işçi qrupun sədri təyin edilib.

Tədbirin sonunda BTİ-nin Səlahiyyətli Konfransının işində fəal iştirak etmiş şəxslər orden və medallarla, həmçinin fəxri fərmanlarla təltif olunub. Təltif olunanlar sırasında, əsasən Rusiya və Azərbaycan nümayəndələri, həmçinin digər administrasiyaların və İcraiyyə Komitəsinin təmsilçiləri olub.

Rusiya Federasiyasının Rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskov və Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə RRB-nin ordeni ilə təltif ediliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb