Bakıda “Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayıb
Bakı, 25 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun Bakıda “Aramco Overseas Company Azerbaijan” MMC adı altında törəmə müəssisəsinin nümayəndəliyi açılıb.
AZƏRTAC Vergilər Nazirliyinə istinadla xəbər verir ki, MMC artıq dövlət qeydiyyatından keçib. “Aramco Overseas Company Azerbaijan”nın nizamnamə kapitalı 10 min avro, hüquqi nümayəndəsi isə Səudiyyə Ərəbistanı vətəndaşı Talal Al Marri Husaindir.
Xatırladaq ki, Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyinin açılmasına dair razılıq energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin yanvarda Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkənin energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşündə əldə olunub.
Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfər isə əcnəbi çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]