BAKIDA YENİ AVTOVAĞZAL YAXIN ÜÇ AYDA İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Bu barədə məlumat verən nəqliyyat nazirinin müavini Musa Pənahov demişdir ki, avtovağzal həm beynəlxalq, həm şəhərlərarası, həm də paytaxtda sərnişindaşımaları təmin edəcəkdir. Eyni zamanda, avtovağzalda sərnişinlərin istirahəti üçün hər cür şərait yaradılacaqdır. Bu məqsədlə kompleksin ərazisində mehmanxana və ticarət mərkəzi inşa olunmuşdur.
Azərbaycanda analoqu olmayan bu kompleksin tikintisinə 2004-cü ilin mayında başlanılmışdır. Ümumi sahəsi 164 min kvadratmetr olan avtovağzal sutkada 18-20 min sərnişinə (800-950 avtobus) xidmət göstərmək üçün nəzərdə tutulmuşdur. Kompleksin yeraltı hissəsində 720 avtomobil üçün avtodayanacaq, birinci və ikinci mərtəbələrdə təqribən 1500 ticarət obyekti, üçüncü mərtəbədə isə avtobus platformaları və digər məişət xidməti obyektləri yerləşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]