Bakıda yolu keçən piyadaları vuran sürücü saxlanılıb
Bakı, 7 may, AZƏRTAC
Bakıda yolu keçən piyadaları avtomobil vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 6-da saat 15 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsinin Babək küçəsində yolu keçən qəsəbə sakinləri Kübra Mahmudovanı və onun azyaşlı nəvəsi Nurayı avtomobil vurub. Sürücü hadisə yerini tərk edib. Hər iki piyada xəstəxanaya yerləşdirilib.
DİN-in “Təhlükəsiz Şəhər” Xidməti və Sabunçu Rayon Polis İdarəsi (RPİ) 15-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlərlə xəsarətlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Şəki rayon sakini Xaləddin Cəmilov Qəbələ rayonu ərazisində avtomobillə birgə saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]