Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir

Bakı, 25 may, AZƏRTAC

Bakıda keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başa çatsa da, tədbirin beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin nüfuzlu media orqanlarında və rəsmi platformalarında yayımlanan materiallarda forum çərçivəsində müzakirə olunan qlobal urbanizasiya çağırışları, dayanıqlı şəhər inkişafı və iqlim dəyişiklikləri ilə bağlı təşəbbüslər geniş işıqlandırılır. Eyni zamanda, Azərbaycanın WUF13-ə yüksək səviyyədə ev sahibliyi etməsi, tədbirin təşkilati hazırlığı və Bakının beynəlxalq dialoq platformasına çevrilməsi xüsusi vurğulanır.

WUF13-ə ilk günlərdən geniş yer ayıran Pakistan mediası müzakirə olunan mövzuları hələ də diqqət mərkəzində saxlamaqdadır. Bu ölkənin “Hum English”, “The Nation”“The Diplomatic Insight” nəşrlərində yayımlanan materiallarda WUF13 çərçivəsində iqlim ədaləti, dayanıqlı yaşayış məntəqələri və urbanizasiya məsələlərinin geniş müzakirə olunduğu vurğulanıb. Yazılarda Bakının qlobal şəhərsalma dialoqu üçün mühüm platformaya çevrildiyi, Azərbaycanın tədbiri yüksək səviyyədə keçirdiyi qeyd olunub. Pakistan rəsmilərinin forumda inkişaf etməkdə olan ölkələrin şəhərsalma problemlərinə beynəlxalq diqqətin artırılmasına dair çağırışları xəbərlərdə xüsusi vurğulanıb.

Meksikanın “La Razón”, “Noticias de México”“Hoja de Ruta Digital” nəşrlərində Bakıda uğurla yekunlaşan WUF13 çərçivəsində təntənəli mərasimlə növbəti forumun ev sahibliyi estafetinin rəsmən Mexiko şəhərinə ötürülməsi geniş işıqlandırılıb. Xəbərlərdə bu keçid Meksika paytaxtının qlobal şəhərsalma transformasiyasında istinad nöqtəsi kimi mövqeyini möhkəmləndirməklə yanaşı, gələcək şəhərsalma siyasətləri üçün yeni strateji mərhələnin başlanğıcı olaraq qiymətləndirilib.

Qazaxıstanın “Inform.kz”, Smartnews.kz, Adyrna.kz, “Kazinform”, “KZ Vesti”“KZ24” kimi media resurslarında WUF13 çərçivəsində Xəzər regionu, urbanizasiya və dayanıqlı inkişaf mövzularına xüsusi diqqət ayrıldığı qeyd olunub. Məqalələrdə Azərbaycanın qlobal urbanizasiya gündəliyində fəal iştirak etdiyi, Bakının beynəlxalq dialoq məkanına çevrildiyi vurğulanıb. Eyni zamanda, Qazaxıstanın müxtəlif bölgələrindən nümayəndələrin forumda müasir şəhərsalma və urbanizasiya məsələlərinə dair müzakirələrdə fəal iştirak etdikləri barədə məlumat verilib. Qazaxıstanlı nümayəndələrin də Xəzər dənizinin səviyyəsinin kəskin enməsi və ekoloji vəziyyətinin gərginləşməsi məsələsini qaldırdıqları bildirilib, bu problemin həlli üçün Xəzəryanı ölkələrin birgə fəaliyyət göstərməsinin və məsələyə beynəlxalq diqqətin artırılmasının vacibliyini vurğuladıqları qeyd olunub.

Misirin Mənzil və Şəhərsalma Nazirliyinin rəsmi portalında yayımlanan materiallarda bu ölkənin WUF13-də sosial mənzil təminatı və aşağıgəlirli əhali üçün yaşayış proqramlarını təqdim etdiyi bildirilib. Yazılarda Bakının böyükmiqyaslı beynəlxalq tədbirə uğurla ev sahibliyi etdiyi qeyd olunub.

İranın Yol və Şəhərsalma Nazirliyinə bağlı “MRUD News” portalında yayımlanan materiallarda isə WUF13 çərçivəsində şəhərsalmanın inkişafı və regional əməkdaşlıq məsələlərinin müzakirə olunduğu vurğulanıb. Yazıda Bakıda uğurla keçirilən forumda beynəlxalq iştirak dərəcəsinin də yüksək səviyyədə olduğu qeyd edilib.

Səudiyyə Ərəbistanının SPA agentliyinin yayımladığı xəbərdə bu ölkənin nümayəndə heyətinin WUF13 çərçivəsində Krallığın inklüziv və davamlı şəhər mühitinin formalaşdırılması sahəsindəki qabaqcıl təcrübələrini beynəlxalq ictimaiyyətə təqdim etdiyi qeyd olunub. Eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi bu forumun qlobal şəhərsalma çağırışlarına qarşı beynəlxalq əməkdaşlığı gücləndirən strateji platforma olduğu vurğulanıb.

WUF13-ü xüsusilə geniş işıqlandıran Çinin “Sinxua” agentliyi bu mötəbər tədbirdə şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və mənzil əlçatanlığı üzrə beynəlxalq müzakirələrin aparıldığı diqqətə çatdırılıb.

Hindistanın “Manorama Yearbook” portalında dərc olunan materialda WUF13-ün qlobal şəhərsalmaya dair inkişaf gündəliyinin formalaşdırılmasında mühüm rol oynadığı bildirilib, dünyanın müxtəlif yerlərindən gələn nümayəndələrin Bakıda şəhərsalma ilə bağlı çağırışlara dair müzakirələr apardıqları qeyd olunub.

Monteneqronun “DAN” nəşrində ölkənin nümayəndə heyətinin Bakı forumunda iştirakından bəhs olunub. Xəbərdə Monteneqronun Bakıdakı forumda özünün milli mənzil proqram və layihələrini təqdim etdiyi vurğulanıb.

Ukraynanın “TSN.ua”, “Sq.com.ua” portallarında Ukraynanın müharibədən sonrakı bərpasında yeni mənzil siyasətinin əhəmiyyəti qeyd olunaraq, Xarkov merinin bu şəhərin bərpası ilə bağlı praktiki memarlıq və infrastruktur həlləri təqdim etdiyi vurğulanıb.

Tayvanda yayımlnan “YesMedia” portalında WUF13-də qəbul olunan “Bakı fəaliyyət çağırışı”ndan bəhs edilib. Yazıda beynəlxalq ictimaiyyətin mənzil və urbanizasiya problemlərinin həlli üçün birgə fəaliyyətə çağırıldığı qeyd olunub.

Rusiyanın ATI.su portalında Azərbaycanda yeni nəqliyyat dəhlizləri hesabına yük tranzitinin artım perspektivlərinə toxunulub. Məqalədə Bakının regional logistika və beynəlxalq əməkdaşlıq mərkəzi kimi rolunun gücləndiyi vurğulanıb.

Nigeriyanın “The Sun Nigeria” portalında on minlərlə iştirakçının qatıldığı forumun qlobal mənzil təminatı üçün yeni bir təkan olduğu qeyd edilib. Cənubi Afrika Respublikasının “Channel Africa” nəşri Bakı forumunda qlobal mənzil böhranına diqqət çəkilərək, tədbirin nəticələri barədə məlumat verilib. Bəhreynin “News of Bahrain” nəşrində bu ölkənin nümayəndə heyətinin forumda mənzil layihələri və şəhər inkişafı sahəsində apardığı müzakirələr əks olunub. Esvatininin “Independent News” qəzeti WUF13-ün yekununda qəbul olunan “Bakı fəaliyyət çağırışı”na diqqət ayırıb. Yazıda qlobal mənzil böhranına qarşı beynəlxalq öhdəliklərin gücləndirilməsi çağırışlarının forumun əsas nəticələrindən olduğu bildirilib.

Tanzaniyanın “Daily News” nəşri bu ölkənin dayanıqlı və davamlı şəhərlər qurmaq istiqamətində WUF13-də fəal təcrübə mübadiləsi apardığı, Myanmanın “Myanmar International TV” (MITV) televiziyasında forumda şəhərlərin inklüziv inkişafı ilə bağlı müzakirələrdən söhbət açılıb. Beynəlxalq miqyasda yayımlanan “Parametric Architecture”, “Pressenza”“Commonspace.eu” platformalarında yayımlanan materiallarda WUF13-ün qlobal urbanizasiya gündəliyinə töhfəsi, Azərbaycanın postmünaqişə dövründə şəhərsalma və bərpa siyasəti, həmçinin Bakının beynəlxalq əməkdaşlıq mərkəzi kimi rolu ön plana çəkilib. Yazılarda forumun dayanıqlı urban inkişaf üzrə yeni təşəbbüslərin formalaşdırılmasına imkan yaratdığı qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd olunub

U-21 millinin heyətinə yeni futbolçu cəlb edilib

Tramp: İran razılığa gəlməyi çox istəyir

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər aqrar sahədə yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir - RƏY

Havanada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Bu saata olan əsas xəbərlər

Baş nazir: Gürcüstan xalqına və hökumətimizə qarşı yeni hücum dalğası başlayıb

Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb

Premyer Liqaya yüksələn komanda baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstan Prezidenti: Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir

Baş nazirin müavini: Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

Qazaxda “Səməd Vurğun - 80” və “Yadıma düşdü” filmləri təqdim edilib

Sofiyada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub

“Sabah” bombardiri ilə yeni müqavilə imzalayıb

Ukraynanın Prezidenti Volodimir Zelenskidən

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən

Tolqay Arslan yaşıl meydanlarla vidalaşıb

Gürcüstan Prezidenti Qurban bayramı ilə əlaqədar Tbilisidəki Cümə məscidini ziyarət edib

Vensan Abubakar Türkiyədə azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər

"Şimal" I Liqada qalıb

CAR-da keçirilən rəsmi qəbulda Bakının WUF13-ə uğurla ev sahibliyi etməsindən bəhs olunub

Peskov: Moskva Ermənistanı Avrasiya İqtisadi Birliyində qalmağa razı salmaq niyyətində deyil

Polis əməkdaşları arasında əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatı başa çatıb

Niderland millisinin dünya çempionatı üçün yekun heyəti bəlli olub

Professor Hacıbaba Adiloğlu: Azərbaycan mədəniyyətinin zənginliyinin təməlində Vətənə sevgi dayanır

Litva rəsmisi Azərbaycanın müstəqillik yolunu yüksək qiymətləndirib

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

Azərbaycan startapı “Silkway Accelerator 2026” beynəlxalq proqramında iştirak edəcək

Avropada Ebola virusu ilə bağlı nəzarət tədbirləri gücləndirilir

Vyanada Azərbaycan Xalq Cümhuriyyətinin irsi və müstəqillik ənənələri vurğulanıb

1918-ci ilin ideallarından mütləq suverenliyə: Azərbaycanın tarixi zəfəri

Agentlik: Ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib

Astarada 45 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Almaniyada təhsil alan həmyerlimiz: Müstəqillik Gününü ilk dəfə Vətənimizdən kənarda qeyd etmək mənə unudulmaz hisslər yaşatdı

Marneulidə dostluq və həmrəylik tədbiri: “Qafqazın iki müstəqil səsi”

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

Qurban bayramı münasibətilə Daşkəsən, Göygöl və Naxçıvanda sosial yardım aksiyaları təşkil edilib

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Müstəqillik Günü - şərəf və qürur tariximiz

Mingəçevirdə şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə qurban payları çatdırılıb

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

Naxçıvanda Qurban bayramı ilə bağlı 9 ünvanda satış və kəsim xidmətləri göstərilir

Çernovtsıda Azərbaycanın zəngin mədəni irsi və milli mətbəxi təqdim olunub

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

Zaqrebdə 28 May - Müstəqillik Günü qeyd olunub

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

Yevlaxda 3 minə yaxın ailəyə bayram sovqatı çatdırılıb

İcraçı direktor: Milli Kibertəhlükəsizlik Forumuna maraq böyükdür, 1500-dən çox iştirakçı qeydiyyatdan keçib

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub

Şahin İsmayılov: Yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaq

Gəncədə bayram namazı qılınıb, qurbanlar kəsilib

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Azərbaycanın turizm potensialı Çində tanıdılır

"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib

Sabah hava əsasən yağmursuz olacaq

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Ekspert: Yeni Dövlət Proqramı maliyyə sektorunun üzərinə ciddi öhdəliklər qoyur

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur  VİDEO

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur VİDEO

 Bu saata olan əsas xəbərlər

Almaniyada insanların əksəriyyəti vahid təhsil standartlarının tətbiqini dəstəkləyir

Tərtərdə şəhid ailələrinə və aztəminatlı şəxslərə bayram sovqatı verilib

Nazirlik rəsmisi: Müasir suvarma sistemləri məhsuldarlığı iki dəfədən çox artırır

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

Şuşada bayram namazı qılınıb VİDEO

Şuşada bayram namazı qılınıb VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Naxçıvanda “İşığa doğru” adlı inklüziv konsert proqramı təşkil olunub

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Ukraynanın Krivoy-Roq şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Bu gün minifutbol üzrə Avropa çempionatına start verilir

Ağsuda oğurluq edən şəxs həbs olunub

Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu reallaşacaq

Bu gecə Konfrans Liqasının qalibi bəlli olacaq

Hacıqabulda oğurluq edən iki nəfər həbs olunub

Ağdamda şəhid ailələrinə və aztəminatlı şəxslərə qurban payları verilib

Yeddi şəhidin xatirəsinə həsr edilmiş tamaşa nümayiş olunub

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Azərbaycanda Qurban bayramıdır

BMT: Dünyada təxminən 800 milyon insan hələ də ifrat yoxsulluq şəraitində yaşayır

İspan rəssamı: Azərbaycan xalçalarında məni həndəsi simvollardan ibarət bütöv bir kosmos heyrətləndirir - MÜSAHİBƏ

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

İlham Bayramov: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə su ehtiyatlarının idarə olunması təcrübəsini bölüşməyə hazırdır

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Düşənbədə su gündəliyinin əsas məsələlərinə həsr olunmuş tematik sessiyalar

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı etdiyi deyilən gəmiyə zərbə endirib

İmişlidə yol qəzası olub, piyada xəsarət alıb

İsveçdə ictimai nəqliyyatda gediş haqqı müvəqqəti olaraq iki dəfə azaldıla bilər

DGK: “Qarpız” yükündə 110 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb