DGK: “Qarpız” yükündə 110 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Bakı, 27 may, AZƏRTAC
Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, “Mazımqara” gömrük postunda İrandan Gürcüstana “qarpız” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı içərisində "qarpız" yükü olan qutuların alt hissəsində xüsusi üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən qablaşdırma ilə birgə ümumi çəkisi 110 kiloqram 300 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.