“Baku-2017”: Su polosu yarışında Türkiyə millisi üçüncü qələbəsini qazanıb
Bakı, 16 may, P.İmanova, N.Həsənzadə, AZƏRTAC
Mayın 16-da “Baku-2017”nin su polosu yarışında günün ikinci oyunu Türkiyə və Səudiyyə Ərəbistanı komandaları arasında keçirilib.
AZƏRTAC xəbər verir ki, bu dəfə də üstün oyun nümayiş etdirən qardaş ölkə təmsilçiləri böyük hesabla qalib gəliblər - 16:5. Bu, su polosu yarışında Türkiyə millisinin üçüncü qələbəsidir.
Mayın 17-də - su polosu yarışının sonuncu günündə İran-Türkiyə və Azərbaycan-Səudiyyə Ərəbistanı qarşılaşmaları keçiriləcək.