“Bakutel-2018” sərgisi çərçivəsində ilk dəfə “Bakutel Tech Talks” tədbiri keçiriləcək
Bakı, 29 noyabr, AZƏRTAC
Builki “Bakutel” sərgisi çərçivəsində ilk dəfə 3 hissədən ibarət olan “Bakutel Tech Talks” tədbiri keçiriləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, birinci sessiya “Bizimkilər” adlanır. Tədbirin əsas spikerləri xaricdə nəhəng beynəlxalq IT şirkətlərində çalışan və həm təcrübələrini, həm də qabaqcıl texnologiyalar sahəsində əldə olunan ən son nailiyyətlər, innovasiyalar barədə məlumatları auditoriya ilə bölüşməyə hazır olan həmvətənlərimizdir.
Qeyd edək ki, sərgi dekabrın 4-7-də Bakı Ekspo Mərkəzində keçiriləcək.