Balakəndə həmkəndlisinin evindən oğurluq edən şəxslər tutulublar
Bakı, 15 aprel, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinə rayonun Katex kəndində yerləşən evlərin birindən 1200 manat dəyərində televizorun və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin Balakən rayonunun Katex kənd sakinləri 27 yaşlı Nadir Nürəddinov və 28 yaşlı Əhməd Süleymanov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıblar və törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.