BALAKƏNDƏ MİLLİ QURTULUŞ GÜNÜ GENİŞ QEYD OLUNDU
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan bağda ulu öndərimizin abidəsini ziyarət etmiş, önünə əklil goymuş, gül-çiçək düzmüşlər.
Yığıncaqda çıxış edən natiqlər 1993-cü ilin iyununda respublikamız vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqımızın xahişi və təkidli tələbi ilə Naxçıvandan Bakıya dönən ümummilli liderimiz Heydər Əliyevin çox çətin və məsuliyyətli bir vəzifəni öz üzərinə götürməklə, ölkəmizi xaosdan, sosial-iqtisadi böhrandan, siyasi çəkişmələrdən qurtardığını və Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini konkret faktlarla diqqətə çatdırmış, Milli Qurtuluş gününün xalqımızın tarixində ən şərəfli səhifələrdən biri olduğunu bildirmişlər.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov çıxış edərək iştirakçıları əlamətdar bayram münasibətilə təbrik etmişdir.
Həmin gün Balakən şəhərindəki Şəhidlər xiyabanında yeni abidə kompleksinin, habelə rayon mərkəzində qaz istismarı idarəsi üçün yeni inzibati binanın təməlinin qoyulması mərasimləri keçirilmişdir.
Bayram tədbirləri şəhərin mədəniyyət və istirahət parkında incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]