Balakəndə qətl törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Bayramov Qəhrəman İlyas oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun oğlu, 2008-ci il təvəllüdlü yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 04.11.2026 [11:42]
FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb
- 04.11.2026 [08:33]