Baltikyanı ölkələrdə koronavirusa yoluxanların sayı artır
Tallinn, 27 aprel, AZƏRTAC
Estoniyada son sutka ərzində koronavirusa yoluxanların sayı artaraq 1643-ə çatıb.
AZƏRTAC xəbər verir ki, Estoniya Səhiyyə Departamentinin məlumatına görə, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 47 min 933 nəfər müayinə olunub. İndiyədək bu ölkədə koronavirusdan 49 ölüm faktı qeydə alınıb.
Latviyada da son sutka ərzində koronavirusa yoluxanların sayı artıb. Hazırda virusa yoluxanların sayı 812-dir. Epidemiyanın yayıldığı tarixdən indiyədək ölkədə 47 min 671 nəfər müayinə olunub. Bu ölkədə koronavirusdan 12 ölüm faktı qeydə alınıb.
Litvada isə son sutka ərzində koronavirusa yoluxanların sayı artaraq 1438-ə çatıb. Ölkədə 104 min nəfər müayinə olunub, indiyədək koronavirusdan 41 ölüm faktı qeydə alınıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]