Baltikyanı ölkələrdə koronavirusa yoluxanların sayı artır
Riqa, 9 may, AZƏRTAC
Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1725-ə çatıb. Ölkənin Səhiyyə Departamentinin məlumatına görə, epidemiyanın yayıldığı tarixdən bəri 61 min 767 nəfər müayinə olunub.
AZƏRTAC xəbər verir ki, indiyədək bu ölkədə koronavirusdan 56 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 704 nəfər təşkil edib.
Latviyanın Səhiyyə Nazirliyinin məlumatına görə, bu ölkədə də son sutka ərzində koronavirusa yoluxanların sayı artıb. Hazırda virusa yoluxmuş xəstələrin sayı 928-dir. Epidemiyanın yayıldığı tarixdən indiyədək ölkədə 73 min 16 nəfər müayinə olunub. Ölkədə virusdan 18 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 464 nəfər olub.
Litvada isə son sutka ərzində koronavirusa yoluxanların sayı artaraq 1436-ya çatıb. Bu ölkədə 170 min nəfər müayinə olunub. COVID-19-dan 49 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 765 nəfər təşkil edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa