“BANK RESPUBLİKA” APREL AYININ NƏTİCƏLƏRİNƏ YEKUN VURMUŞDUR
AZƏRTAC xəbər verir ki, “Bank Respublika”nın aktivləri bu ilin əvvəlindən 8,7 faiz artaraq mayın 1-nə 275,2 milyon manat, kredit portfelinin məbləği 200,6 milyon manat, depozitlər 120,9 milyon manat, əmanətlərin məbləği isə 60,3 milyon manat təşkil etmişdir.
“Bank Respublika”nın dörd ayda məcmu kapitalı 44 faiz artaraq 34,13 milyon manat, nizamnamə kapitalı 12,6 milyon, gəlirləri 16,2 milyon, xərcləri 12,65 milyon, balans mənfəəti isə 3,55 milyon manat olmuşdur.