RƏSMİ XRONİKA
BAŞ NAZIR İLHAM ƏLIYEV QUBA RAYONUNDA TIKILƏN OLIMPIYA IDMAN KOMPLEKSINDƏ QÖRÜLƏN IŞLƏRLƏ TANIŞ OLMUŞDUR
Həmin gün Azərbaycanın Baş naziri İlham Əliyev Quba rayonuna gedərək, Milli Olimpiya Komitəsinin sifarişi, köməyi, diqqət və qayğısı ilə tikilmiş Olimpiya idman kompleksində aparılan son tamamlama işləri ilə maraqlandı.
Kompleksdə ən müasir standartlar səviyyəsində görülmüş tikinti-quraşdırma işlərindən razı qaldığını bildirən İlham Əliyev ayrı-ayrı salonları gəzdi, müvafiq məsləhətlərini, tövsiyə və tapşırıqlarını verdi. Baş nazirə məlumat verildi ki, gənclərin asudə vaxtının səmərəli keçməsinə, bölgədə, ümumən ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına xidmət edəcək bu kompleks tezliklə idmançıların ixtiyarında olacaqdır.