BBVB İSTİFADƏÇİLƏRİN YENİ TİCARƏT-HESABLAŞMA SİSTEMİNƏ MİQRASİYASINI UĞURLA BAŞA ÇATDIRMIŞDIR
Birjanın Elektron Hesablamaları Sisteminə (BEHS) 34 ticarət və informasiya terminalı vasitəsilə 38 istifadəçi qoşulmuşdur. Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron sistemin yeni imkanlarının öyrənilməsi və onun yeni interfeysində iş vərdişlərinin möhkəmləndirilməsi məqsədilə birjanın mütəşəkkil banklararası valyuta və pul bazarlarında ixtisaslaşdırılmış məşğələlər təşkil olunmuşdur. Bundan əlavə, BBVB banklarda kompyuter və şəbəkə avadanlığının işə salınması ilə bağlı prosedur məsələləri və texniki problemləri operativ həll etmək üçün xüsusi “qaynar” telefon xəttinin ayrılması yolu ilə “vahid pəncərə” prinsipindən istifadə etmişdir. Birjanın proqram təminatının qurulmasına dair yeni lisenziya sazişlərinin imzalanması ilə bağlı məsləhətləşmələr davam edir.
Xatırladaq ki, bankların əksəriyyətində instalyasiya edilmiş BBVB-nin yeni proram təminatı birjanın 2002-ci ilin martında ilk dəfə tətbiq etdiyi BEHS-in yeni versiyasıdır. Cənubi Qafqazda ilk birja elektron sistemi olan BEHS Azərbaycanın valyuta və pul bazarlarının ayrılmaz hissəsinə çevrilmişdir. Birja xidmətlərinin göstərilməsində universallıq prinsipi üzərində qurulmuş sistem bankların likvidliyinin və risklərinin kompleks idarə olunması üçün müasir platformadır. BEHS Azərbaycan banklarına təkcə xarici valyuta ilə konvertasiya əməliyyatlarını deyil, həm də vəsaitin yerləşdirilməsi, borc alınması, birja əqdləri üzrə hesablaşmaların operativ surətdə yerinə yetirilməsi, limitlərin yenidən paylanması əməliyyatlarını, habelə ölkənin maliyyə bazarı seqmentlərinin monitorinqini real zaman rejimində aparmaq imkanı verir.
BBVB yayımlanan birja informasiyasının etibarlılığını təmin etmək üçün bütün əlaqədar şəxslərə, o cümlədən kütləvi informasiya vasitələrinə BEHS sisteminin yeni informasiya imkanlarından yararlanmağı təklif edir. Söhbət BEHS-in informasiya terminallarının qurulmasından və müvafiq olaraq birja informasiyasının üçüncü şəxslər arasında yenidən paylanması və onun açıq şəkildə yerləşdirilməsi üçün müqavilə münasibətlərinin rəsmiləşdirilməsindən gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]