BDU-nun Tələbə Gənclər Təşkilatının üzvləri “Ədibin evi”ndə
Bakı, 3 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının üzvləri “Ədibin evi”nə ekskursiya ediblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ekskursiya zamanı tələbələr görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin həyat yolu, yaradıcılığı haqqında məlumatlar əldə edib, ona dair bəzi şəxsi əşyalarla, haqqında yazılmış kitablarla tanış olublar.
Qeyd edək ki, 2017-ci ildə açılan “Ədibin evi” Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı mənzildir.