ELM VƏ TƏHSİL
“BDU təhsil, təlim və elm məkanı kimi” mövzusunda müsabiqə
Bakı, 14 noyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti bu ali məktəbin 95 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında “BDU təhsil, təlim və elm məkanı kimi” mövzusunda müsabiqə keçirir.
Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə BDU-nun təhsil və elmi uğurları ilə bağlı noyabrın 15-dən dekabrın 10-dək mətbuatda çap olunmuş yazılar və televiziyada yayımlanmış süjetlər təqdim edilə bilər.
Materialın sonunda “BDU-nun keçirdiyi müsabiqəyə təqdim olunur” yazısı mütləq qeyd edilməlidir.
Müsabiqədə uğur qazananlar mükafatlandırılacaqlar:
1-ci yer - 500 manat (1 nəfər)
2-ci yer - 300 manat (2 nəfər)
3-cü yer - 200 manat (2 nəfər)