BELARUS PREZİDENTİ ALEKSANDR LUKAŞENKONUN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
AZƏRTAC xəbər verir ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 2-də Fəxri xiyabana gəlmişdir.
Burada ali qonağı və nümayəndə heyətinin üzvlərini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar.
Belarusun dövlət başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Belarus Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də gül dəstəsi qoydu.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov aIi qonağa Fəxri xiyabanın tarixi barədə məlumat verdi.