Belarusda Prezident seçkiləri avqustun 9-na təyin olunub
Minsk, 8 may, AZƏRTAC
Bu gün Belarusun Nümayəndələr Palatası Prezident seçkilərini avqustun 9-na təyin edib.
Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko qeyd edib ki, ölkə üçün Prezident seçkilərinin əhəmiyyəti nəzərə alınmaqla, deputatlar qarşısında ciddi, məsuliyyətli təşkilati-siyasi iş durur.
AZƏRTAC bu barədə BELTA agentliyinə istinadla xəbər verir.
Vladimir Andreyçenkonun sözlərinə görə, “dövlət başçısı vəzifəsinə seçkilərin şəffaf, demokratik və Konstitusiyaya ciddi müvafiq şəraitdə keçirilməsindən ötrü” bu iş bilavasitə həm parlamentdə, həm də seçki dairələrində aparılacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]