BELÇİKADA NOVRUZ BAYRAMI QEYD EDİLMİŞDİR
Paris, 24 mart (AZƏRTAC). Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyi və Avropa İttifaqı yanında daimi Nümayəndəliyi ilə birlikdə martın 23-də Novruz bayramı münasibətilə qəbul təşkil etmişdir.
Səfirliyin mətbuat xidmətindən bildirmişlər ki, səfir Emin Eyyubov Novruz bayramının xalqımızın tarixində, həyatında və mədəniyyətindəki rolu barədə məlumat vermişdir.
Qəbulda iştirak edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə BMT-nin hər il martın 21-ni “Beynəlxlaq Novruz Günü” elan etdiyini iştirakçıların diqqətinə çatdırmışdır.
Tədbirdə Azər Qəribovun “Azərbaycan xaricilərin gözü ilə” sənədli filmi nümayiş etdirilmiş, əməkdar artist Tünzalə Ağayevanın ifasında xalq mahnılarımız səsləndirilmişdir. İştirakçılara milli mətbəximizin nümunələri və Novruz süfrəsinin bəzəyi olan şirniyyatlar təqdim edilmişdir.
Qəbulda Milli Məclisin deputatı Fuad Muradov, ölkəmizin Fransada, Avstriyada və Almaniyadakı səfirləri, NATO və Avropa Şurası yanındakı Daimi Nümayəndəliklərin rəhbərləri, Avropada təhsil alan azərbaycanlı tələbələr və soydaşlarımız iştirak etmişlər.
Əsgər Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri.
Paris
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]