Belqradın “Nikola Tesla” hava limanında qarşılanma
Belqrad, 8 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Serbiya Respublikasına rəsmi səfərə gəlmişdir.
Belqradın “Nikola Tesla” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Serbiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
######
