BENDERIDA DNESTRYANI MÜNAQİŞƏNİN TƏNZİMLƏNMƏSİ YOLLARI MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Moldova Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, aprelin 11-də Benderı şəhərində Moldovanın dövlət başçısı Vladimir Voronin ilə Dnestryanı bölgənin rəhbəri İqor Smirnovun görüşü olmuşdur. Vladimir Voronin və İqor Smirnov Kişinyov ilə Tiraspol arasında dialoqun inkişafı üçün yeni imkanları müzakirə etmiş, danışıqlar prosesinin inkişaf etdirilməsi üçün bir sıra konkret addımlar nəzərdə tutmuşlar.
V.Voronin və İ.Smirnov Kişinyov ilə Tiraspol arasında etimad tədbirlərinin möhkəmlənməsi üçün dərhal təcili qaydada birgə işçi qrupların yaradılması barədə razılığa gəlmişlər. Həmin qruplar infrastrukturun inkişafı, yol tikintisi, təhlükəsizlik və tərkisilah, sosial, mədəni və humanitar sahələrdə bir sıra konkret layihələr təklif etməlidirlər.
V.Voronin qeyd etmişdir ki, Dnestryanı münaqişənin tənzimlənməsi üçün yaranmış konstruktiv şərait Moldovanın Dnestryanı bölgə rəhbərlərinə münasibətdə viza məhdudiyyətlərinin ləğv edilməsi təşəbbüsü ilə Avropa İttifaqına və ABŞ-a müraciət etməsinə imkan verir.
Öz növbəsində İ.Smirnov bildirmişdir ki, Dnestryanı bölgənin rəhbərliyi Moldova rəhbərliyinin bütün nümayəndələri üçün Dnestr çayının sahilləri arasında hərəkətlə bağlı məhdudiyyətləri ləğv edəcək.
Moldova Prezidenti və Dnestryanı bölgənin lideri Kişinyovla Tiraspol arasında yığılıb qalmış bütün problemlərin mərhələlərlə həll edilməsi üçün bu cür görüşlərin davam etdirilməsi barədə razılığa gəlmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]