SİYASƏT
Benilüks Azərbaycanlıları Konqresi üzvlərinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşü keçirilib
![](/files/galleryphoto/2021/2/1200x630/16301355304210929605_1200x630.jpeg)
![](/files/galleryphoto/2021/2/1200x630/1630135530347099435_1200x630.jpeg)
![](/files/galleryphoto/2021/2/1200x630/16301355303945135548_1200x630.jpeg)
Rotterdam, 28 avqust, AZƏRTAC
Niderlandın Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və “Qarabağ” idman klubunun ofisində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və komitənin əməkdaşları ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə BAK-ın son illərdə fəaliyyəti barədə hesabat dinlənilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun torpaqlarımızın azadlığı uğrunda apardığı 44 günlük Vətən müharibəsindəki qələbəmizdən, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə diaspora fəallarının mədəniyyət paytaxtımız Şuşaya səfərindən, eləcə də diasporun üzərinə düşən əsas işlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə BAK-ın idarə heyəti üzvləri ilə müzakirələr aparılıb, təkliflər dinlənilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüş iştirakçılarının suallarını cavablandırıb, qarşıda duran planlar haqqında fikirlərini bölüşüb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam