“Benjamin Franklin” medalının builki laureatlarının adları açıqlanıb
Bakı, 19 aprel, AZƏRTAC
1824-cü ildə Franklin İnstitutu tərəfindən təsis olunan nüfuzlu və sanballı “Benjamin Franklin” medalının builki laureatlarının adları açıqlanıb.
AZƏRTAC fi.edu saytına istinadla xəbər verir ki, bu il “Benjamin Franklin” medalına elm sahəsindəki nailiyyətlərinə görə Filip Horvat, biznes idarəçiliyi üzrə Enn Mulkahi, kimya üzrə Con Gudnou, kompüter və koqnitiv elmlər üzrə Vinton Qrey Serf və Robert Xan, Yer və təbiət elmləri üzrə Susan Trumbor, elektrik mühəndisliyi üzrə Maniye Razegi, mexanika mühəndisliyi üzrə Edrian Bejan, fizika üzrə isə Helen Roda Kuin layiq görülüblər.
ABŞ-ın elm və texnologiya sahəsində ilk mükafatı olan “Benjamin Franklin” medalı elm və texnologiya sahəsi üzrə təqdim olunur. Medal indiyə kimi 2000-dən çox alim, ixtiraçı və sahibkara müxtəlif kateqoriyalar üzrə verilib. Mükafatın laureatları sırasında Mariya Küri, Tomas Edison, Nikola Tesla, Eduard Lorens, Bil Qeyts və Albert Eynşteyn kimi dünya şöhrətli alimlər var. Franklin medalının laureatlarından 117-si Nobel mükafatına layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]