BERNDƏ AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, səfirliyin təşəbbüsü ilə Bern şəhərinin musiqi konservatoriyasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş konsert təşkil edilmişdir.
Konsertdə İsveçrə XİN-in, ölkə parlamentinin və Berndə akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, eləcə də yerli ictimaiyyətin təmsilçiləri və İsveçrədə yaşayan həmvətənlərimiz iştirak etmişlər.
Konsert proqramının açılışında çıxış edən Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan dövlətçiliyinin yaranmasında və möhkəmlənməsində rolu barədə tamaşaçılara geniş məlumat vermişdir.
Sonra Azərbaycan Respublikasının əməkdar artisti Adilə Əliyeva dünya miqyaslı klassiklər List, Şopen, eləcə də görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Vaqif Mustafazadənin əsərlərini ustalıqla ifa edərək, tamaşaçılara xoş təəssüratlar bəxş etmiş, alqışlarla qarşılanmışdır.
Konsertdən sonra iştirakçılar üçün ziyafət təşkil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:12]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]