Beyləqanda bayram tədbiri: “Uşaqlar bizim gələcəyimizdir”
Beyləqan, 1 iyun, AZƏRTAC
Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayon Heydər Əliyev Mərkəzinin Təbiət və Humanitar fənlər təmayüllü liseyi ilə birgə təşkil etdiyi tədbirdə şagirdlər əvvəlcə Mərkəzin ekspozisiya zalındakı eksponatlarla tanış olublar.
Sonra şagirdlərin ifasında 44 günlük Vətən müharibəsi haqqında kompozisiya nümayiş etdirilib. Uşaqlar tədbirdə rəqs edib, əyləniblər.