Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Ailə Gününə həsr olunan konfrans: “Ailəmiz - ən güclü dəyərimiz”

Bakı, 15 may, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Pirallahı Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə mayın 15-də Beynəlxalq Ailə Gününə həsr olunan “Ailəmiz - ən güclü dəyərimiz” adlı konfrans keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətinin bir daha ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsinə xidmət edəcək tədbirlərin davam etdirilməsidir.

Konfransdan öncə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Çempion ailələr” layihəsinin ilk tədbiri reallaşıb. Layihə çərçivəsində Pirallahı rayonunu təmsil edən 10 ailənin iştirakı ilə "Fibonaççi" intellektual yarışı təşkil olunub.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin rayon icra hakimiyyətinin inzibati binasında yerləşən büstünün önünə gül dəstələri qoyulub.

Tədbir iştirakçıları Pirallahı rayon rəssamlarının əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Konfransın rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ailənin cəmiyyətin əsas dayağı və milli-mənəvi dəyərlərin qoruyucusu olduğunu vurğulayaraq, Azərbaycanda sağlam ailə modelinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlanıldığını bildirib. İcra başçısı çıxışında Pirallahı rayonunda yaşayan nümunəvi və uzunömürlü ailələrin gənc nəsil üçün örnək olduğunu diqqətə çatdıraraq, ailə institutunun qorunmasının sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynadığını bildirib. O, xüsusilə gənclərə milli ailə dəyərlərinə sadiq qalmağı, Azərbaycan ailə modelini yaşatmağı tövsiyə edib.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova Beynəlxalq Ailə Gününün BMT tərəfindən ailə institutunu təhdid edən qlobal çağırışlar nəzərə alınaraq təsis olunduğunu diqqətə çatdırıb. Azərbaycan isə dünya birliyinin məsuliyyətli üzvü kimi ailə siyasətinə xüsusi həssaslıqla yanaşır və bu günü geniş şəkildə qeyd edir. Dövlət Komitəsinin fəaliyyət istiqamətinə uyğun olaraq ölkənin regionlarında, rayon icra hakimiyyətləri, bələdiyyələr və aidiyyəti qurumlarla birgə ailənin inkişafı, icmaların maarifləndirilməsi və dövlət siyasətinin icrası istiqamətində çoxsaylı layihələrin həyata keçirildiyi qeyd olunub.

Çıxışı zamanı sədr ailə və uşaq hüquqlarının qorunması sahəsində formalaşdırılmış qanunvericilik bazasından, həssas ailələrin sosial müdafiəsinə yönəlmiş dövlət tədbirlərindən danışıb. O, Uşaq Hüquqları haqqında Qanunun Ulu Öndərin təşəbbüsü ilə qəbul edildiyini, sonradan isə Dövlət Komitəsinin təşəbbüsü əsasında təkmilləşdirilərək yeni redaksiyada qəbul olunduğunu bildirib. Bahar Muradova Azərbaycanı ailə dəyərlərinə xüsusi önəm verən ölkələrdən biri kimi xarakterizə edərək, Dövlət Komitəsinin dövlət ailə siyasətini əlaqədar qurumlarla birgə icra edən mərkəzi icra hakimiyyəti orqanı kimi reallaşdırıdığı layihələrdən söz açıb, “Ailəmiz – ən güclü dəyərimizdir” şüarı ilə reallaşdırılan təşəbbüsləri vurğulayıb. O, həmçinin könüllülük fəaliyyətinin, xüsusilə “Könüllü ailələr” təşəbbüsünün əhəmiyyətinə toxunaraq, yaşlı nəslin təcrübəsinin öyrənilməsi və cəmiyyətimizin sosial nüvəsi sayılan ailə institutunun qorunmasının cəmiyyətin bütün üzvlərinin ortaq məsuliyyəti olduğunu diqqətə çatdırıb.

Çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva ailənin milli-mənəvi dəyərlərin qorunmasında və sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, ailə institutunun möhkəmləndirilməsi, sağlam sosial münasibətlərin təşviqi və gənc nəslin milli dəyərlərə bağlı ruhda formalaşdırılması istiqamətində həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır.

Adilə Əliyeva qeyd edib ki, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində ailə institutunun möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif layihələr həyata keçirilir və “Çempion ailələr” layihəsi də bu istiqamətdə reallaşdırılan növbəti mühüm təşəbbüslərdən biridir. O, layihənin ailələrin asudə vaxtının səmərəli təşkili, ailədaxili münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini və ailələr arasında müsbət ünsiyyətin formalaşmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abbasov qeyd edib ki, hər bir azərbaycanlı üçün ailə ən vacib institutdur və kollektiv yaşamın ən mükəmməl formasıdır. E.Abbasov vurğulayıb ki, Azərbaycan ailə modeli tarixin bütün sınaqlarından uğurla çıxaraq milli-mənəvi dəyərlərin, ana dilinin və milli kimliyin qorunub saxlanılmasında mühüm rol oynayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ailə institutunun möhkəmləndirilməsi, milli ailə dəyərlərinin qorunması və gənc nəslin bu dəyərlər əsasında formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirildiyini diqqətə çatdıran natiq bildirib ki, həyata keçirilən tədbirlər Azərbaycan ailəsinin qorunmasına və sağlam cəmiyyətin formalaşmasına xidmət edir.

Rayonun nümunəvi ailələrindən olan Bağırovlar ailəsinin nümayəndəsi Rəhilə Bağırova çıxışında sağlam və milli-mənəvi dəyərlərə bağlı nəslin yetişdirilməsində ailənin rolunu vurğulayıb. O bildirib ki, valideyn qayğısı və ailə birliyi gənclərin şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət daşıyır.

Daha sonra Pirallahı rayonunda yaşayan nümunəvi və uzunömürlü ailələr tədbir iştirakçılarına təqdim olunub. Ailələr uzun illərə söykənən ailə dəyərləri, qarşılıqlı hörmət, anlayış və birliyin önəmi barədə fikirlərini bölüşərək gənclərə öz tövsiyələrini veriblər.

Sonda “Çempion ailələr” layihəsi çərçivəsində keçirilən “Fibonaççi” intellektual yarışının qalibləri mükafatlandırılıb. Yekun nəticələrə əsasən, Əzimovlar ailəsi yarışın qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar