ELM VƏ TƏHSİL
Beynəlxalq elmi jurnal azərbaycanlı alimə məqalə sifariş verib
Bakı, 2 iyul, AZƏRTAC
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında nəşr olunan “Advances in Social Sciences Research Journal” jurnalı Azərbaycan Dillər Universitetinin (ADU) professoru Fərman Zeynalova məqalə sifariş verib. Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib.
Jurnalın redaksiyasından Fərman Zeynalova göndərilən məktubda qeyd olunub ki, alimin “Universal Properties of Human Languages in the Light of Natural Phenomena” məqaləsinə “İnternational Journal of English Linguistics” jurnalında rast gəliblər: “Bu, dərin təsir bağışlayan və mənalı bir məqalə idi. Məqaləniz bizim marağımıza səbəb oldu və jurnalımız sizin töhfənizdən faydalanmaq istəyir. Əgər sizin əlinizdə çap olunmamış məqaləniz, yaxud bizim jurnaldan təbliğat vasitəsi kimi məqalələrinizi dərc etdirmək fikriniz və razılığınız varsa, zəhmət olmasa, onları baxılması üçün elektron poçtla bizə göndərin”.