BMT: Əfqanıstanda daşqınlar 30 mindən çox insana təsir göstərib
Bakı, 21 may, AZƏRTAC
Bu ilin əvvəlindən bəri Əfqanıstanda 30 mindən çox insan daşqınlardan zərər çəkib.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar Agentliyi öz sosial media platformasında məlumat yayıb. Agentlik seldən zərər çəkmiş insanların təcili olaraq sığınacaq, tibbi ləvazimatlar, qida, içməli su və gigiyena vasitələrinə ehtiyacı olduğunu vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatı Əfqanıstanın daşqınlara daha çox məruz qalan şimal bölgələrində su ilə keçə bilən xəstəliklərin, xüsusilə ishal və dəri infeksiyalarının artdığını bildirib.
Ölkənin bəzi əyalətlərində itkin düşmüş insanların axtarışı hələ də davam edir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, cümə və şənbə günləri Faryab və qərbi Qor əyalətlərində güclü daşqınlar nəticəsində azı 120 nəfər həyatını itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]